Vaxt.Az

Çıxış yolu – “Tomaqavk”


 

Ukrayna ordusu iki ay ərzində Krıma girəcək!

Çıxış yolu – “Tomaqavk” Rusiya Ukrayna şəhərlərinə bu gün 100 raket atıb. Bu, kütləvi raket zərbələrinin endirildiyi 10 oktyabrdan daha çoxdur. Ölkənin enerji sistemi iflic vəziyyətinə düşüb.

Ukrayna cavabı nə olacaq?

Əslində yaxın həftələrdə baş verəcəklər bugünkü alçaq zərbələrsiz də olacaqdı...

Bir və ya iki həftə ərzində Ukrayna Silahlı Qüvvələri Krımı materik Ukraynadan kəsərək Dneprdən Azov dənizinə doğru hərəkət etməyə başlayacaq. Bunun üçün yarımadanın Rusiya ilə bağını kəsmək, onu təchizatsız – ərzaq və silah-sursatsız qoymaq lazımdır.

Hərbi ekspert Roman Svitana görə Krım körpüsünün yenidən partladılması ilə yarımada rus hərbi birləşmələri üçün nəhəng qazana çevriləcək. Ancaq bunun üçün Ukrayna Ordusunun qısa bir zaman içində rusların “Kalibr”, “X-555” və “X-101”ə bənzər strateji “hava-yer” tipli qanadlı raketlərə sahib olmalıdırlar.

Bugünkü şərəfsiz zərbələrdən sonra təxmin edilir ki, bunlar Amerikanın “Tomaqavk”ları (Tomahawk) olacaq. Ukraynalılar bu raketlərlə  “X-555” və “X-101”i daşıyan rus bombardmançı təyyarələrin aerodromları məhv edə biləcəklər. Ən əsası isə “Tomahawks” qanadlı raketləri ilə “Kalibr”lərlə silahlanmış Rusiyanın Qara Dəniz Donanması soyuq sularda batırılacaq.

 





16.11.2022    çap et  çap et