Elm və Təhsil Nazirliyinin Təhsil islahatları sektorunun müdiri Leyla Xəlilova bildirib ki, müvafiq siyahı dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisəsini əhatə edir.
Hazırlanan siyahıda bakalavariat təhsil səviyyəsi üzrə yer alan ümumilikdə 575 proqramın 33 faizi fundamental və tətbiqi elmlər, 22 faizi mühəndislik, 20 faizini isə informasiya texnologiyaları təşkil edir. Magistratura təhsil səviyyəsi üzrə 3551 proqram arasında isə fundamental və tətbiqi elmlər, mühəndislik, informasiya texnologiyaları və statistika və verilənlərin təhlili üstünlük təşkil edir. Növbəti mərhələdə bu siyahıya yeni ixtisaslar, yeni ali təhsil müəssisələri və yeni proqramlar əlavə olunacaq.
Dövlət proqramına dair sənəd qəbulunun elanı eləcə də tələb olunan sənədlərə dair ətraflı məlumat isə dp.edu.az internet səhifəsindən əldə oluna bilər.