Vaxt.Az

Arxiv qətnaməsi ...


 

Bakının Parisə güc göstərmək imkanı daha çoxdur

Arxiv qətnaməsi ... Fransa sonuna qədər getməyi bacaran ölkə deyil. Ehtimal ki, Makron və Fransa hökumət səviyyəsində sonda senatın qətnaməsindəki bu bəndlər əsas götürülməyəcək. Onlar bununla sadəcə həm daxili publikada reytinq qazanmaq, həm də Azərbaycana qarşı təsir mexanizmi kimi bir qətnaməni arxivlərində saxlamaq istəyəcəklər.

Amma Azərbaycanın Fransaya qarşı ciddi mövqe ortaya qoyması mütləqdir. İlk növbədə  düşünürəm ki, birmənalı olaraq Fransa vasitəçiliyindən imtina etmək və  Fransadakı səfirimizi bir müddətlik geri çağırmaq lazımdır. Daha sonra isə  iqtisadi əlaqələr formatına da əl gəzdirilməlidir. Azərbaycanda olan Fransa şirkətləri tərəfimizdən ciddi təsir hiss etməli, eyni zamanda Fransa məhsullarına məhdudiyyətlər nəzərdən keçirilməlidir. 

Bunun Azərbaycanda ciddi mənfi təsiri olmayacaq. 35,6 milyard dollarlıq ticari dövriyyəmizin cəmi 245 milyon dolları Fransa ilə həyata keçirilir ki, ümumi dövriyyənin 0,6 faizi deməkdir. 

Göründüyü kimi böyük çəkisi yoxdur. Amma Azərbaycanın bu addımı  ilə Fransa hökumətinə bura ilə bağlı olan Fransa şirkətlərinin və bura mal ixracatçılarının mənfi “feedback”i yönəldəcək.

 





16.11.2022    çap et  çap et