Vaxt.Az

Bakın əlindəki rıçaqlar...


 

Fransaya ən böyük zərbə onun rəqiblərini dəstəkləməkdir

Bakın əlindəki rıçaqlar... Azərbaycan Fransa senatının qəbul etdiyi mənasız, hüquqa zidd sənədinə sərt reaksiya verməlidir. amma məntiqə, rəqəmlərə söykənən yanaşma və atılacaq addımların düşünülmüş alqoritmi olmalıdır.

Bu ilin ilk 9 ayında Azərbaycan Fransaya cəmi 48 milyon 691 min dollarlıq mal-məhsul (əsasən neft) ixrac edib – bu ölkənin həmin dövrdə ixracının cəmi 0,16 faizdir. Eyni dövrdə Fransa Azərbaycana 170 milyon 182 min dollarlıq mal-məhsul ixrac edib ki, bu da ölkəmizin idxalının cəmi 1,65 faizidir. Yəni, biz Fransaya mal satmamaq, oradan da mal almasaq heç bir təsiri olmayacaq. 2021-ci ildə Fransanın ümumi ixracı 585 milyard dollar olub, indi Azərbaycan 200 milyon dollar mal almasa nə olacaq?! Heç nə, hətta biz onlara 50 milyon dollarlıq neft satmasaq da Fransaya heç bir təsiri olmayacaq,

Fransaya təsir edəcək məsələlərdən biri Azərbaycanda çalışan Fransız şirkətləridir. Bu ölkənin 300-ə yaxın şirkəti məmləkətimizdə fəaliyyət göstərir. Aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var. Həmin şirkətləri dəvət edib onlarla danışılmalı, onların Fransa siyasətinə mümkün təsir mexanizmləri öyrənilməlidir. Çünki Azərbaycan hökuməti şirkətlərlə sərt danışmağı yaxşı bacarır.

Fransaya təsir edə biləcək ən böyük addımlardan biri isə bu ölkənin dünyanın müxtəlif bölgələrində digər ölkələrlə rəqabəti zamanı rəsmi Parisin rəqiblərini dəstəkləməkdir. Afrika, Asiya ölkələrində Fransanın açıq-gizli rəqibi həmişə Böyük Britaniya olub. Niyə ingilis dostlarımızı daha yaxından dəstəkləməyək?!

 





16.11.2022    çap et  çap et