Vaxt.Az

“Ehtimal azdır”


 

Bayden: “Araşdırma tam başa çatana qədər bunu demək istəmirəm”

“Ehtimal azdır” NATO və “Böyük Yeddilər”in liderləri Polşanın şərqində, Varşavanın Rusiya istehsalı olan raketlə vurulduğunu dediyi partlayışı və Rusiyanın Ukraynaya qarşı hücumlarının əhəmiyyətli dərəcədə artmasını müzakirə etmək üçün çərşənbə günü yerli vaxtla səhər saatlarında Balidə keçirilən G-20 sammitindən kənarda təcili toplantı keçirib.

ABŞ Prezidenti Co Bayden görüşdən sonra jurnalistlərə “Biz Polşanın Ukrayna sərhədi yaxınlığındakı kəndində baş verən partlayışla bağlı araşdırmasını dəstəkləyəcəyik” deyib.

Təcili təşkil olunmuş fövqəladə iclasda ABŞ Prezidenti Co Bayden partlayışdan sonra Kanada, Avropa Komissiyası, Avropa Şurası, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, İspaniya və Britaniya liderlərini bir araya gətirib.

Bayden bu məqamda raketin Rusiyadan atılması ehtimalının az olduğunu deyib.

O, “Bunu inkar edən ilkin məlumatlar var. Araşdırma tam başa çatana qədər mən bunu demək istəmirəm”, – deyə, o əlavə edib.

Associated Press xəbər agentliyinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ilkin araşdırmalar Polşaya düşən raketin Ukrayna qüvvələri tərəfindən Rusiyadan atılan raketi vurmaq üçün atıldığını göstərib.

Moskvanın BMT-dəki nümayəndəsi partlayışın Rusiya ilə NATO arasında müharibənin alovlanması üçün edildiyini deyib.

“NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma yaratmaq cəhdi var və bunun nəticələri dünyaya təsir edəcək” , Dmitri Polyanski Telegram kanalında yayımladığı bəyanatda bildirib.

Çərşənbə günü fövqəladə iclas zamanı liderlər Rusiyanın son raket hücumlarını da müzakirə edib. Bayden Moskvanın hərəkətlərini “tam vicdansızlıq” adlandırıb.

“Dünyanın G-20-də gərginliyi azaltmağa çağırdığı an, biz görüş keçirdiyimiz zaman Rusiya davam etdi, Ukraynada eskalasiyanı seçdi”, – deyə, Bayden bildirib.

 





16.11.2022    çap et  çap et