Prezidentliyə namizədliyini verib verməyəcəyi suallarına Ərdoğan 30 martdan sonranı işarə edirdi. Bələdiyyə seçkilərindəki uğurlu nəticə onun prezident olacağı və vaxtından əvvəl seçkilərə gedəcəyi iddialarına yol açıb. Ərdoğanın bundan sonrakı yol xəritəsi prezident binasını göstərir.
Ərdoğan prezidentliyə namizəd olsa baş nazirin kim olacağı maraq doğurur. Digər tərəfdən Abdullah Gülün baş nazir olmaq istəyib-istəməməsi, 3 müddət seçilmə haqqının dəyişib-dəyişməyəcəyi diqqət mərkəzindədir.
AKP kulislərində prezident namizədliyi üçün Ərdoğanla Gülün yaxın zamanda görüşəcəkləri deyilir. Ərdoğanın namizəd olarsa bu dəfə diqqətlər Gülün üstündə cəmləşəcək. Kulislərdə Ərdoğan prezident namizədi olarsa AKP-nin başına Gülün keçəcəyi vurğulanır.
Gülün yenə də prezident və baş nazir olmaq istəməməsi ehtimalı da var. Ərdoğan prezident olarsa baş nazir üçün bir çox adlar işarələnir.
Bu adlar arasında baş nazirin müavinləri Ali Babacan və Bülent Arınç, Əhməd Davudoğlu, Binalı Yıldırım, Numan Kurtulmuş, Mehmet Ali Şahin adları çəkilir.