Bu bəyanatı fransız hökuməti belə iqnor edir.
Fransa Senatının üzvləri əslində hay lobbisinin milyonlarına sahiblənməyə, ölkədəki hayların könlünü almağa çalışırlar. Çünki Fransadakı Türk diasporu sayca haylardan çox olsa da, fəaliyyətsizdir.
Fransada və digər Avropa ölkələrində yaşayan türklər əsasən paralel cəmiyyətlər qurublar, tam inteqrasiyanı inkar edirlər, parlament və bələdiyyə seçkilərini türklərin 80-90 faizi boykot edir. Ali təhsil alan yerli türklərin sayı çox azdır, onları daha çox restoran biznesində görmək olur.
Jurnalistləri, həkimləri, müəllimləri və digər sahələrdə çalışan adamları olan ermənilər seçimlərdə aktivdirlər. Bu üzdən Fransa Senatından 99 faiz dəstək alırlar. Sözsüz ki, bizimkilərin arasında da ali təhsilli həkimlər, müəllimlər var. Ancaq diaspora fəaliyyətindən uzaq dururlar, çünki Azərbaycanla əlaqə ya yoxdur, ya da çox zəifdir. Bu üzdən onların gücündən istifadə etmək mümkün olmur.
Hayların hər həftə toplandıqları kilsələrdə ianələr yığılır, bu pullar hesabına aktiv, savadlı, təhsilli şəxslərdən ibarət işçi qrupları yaradılır və bu işçi qrupları Senat üzvləri, jurnalistlər, siyasətçilərlə görüşüb Azərbaycana qarşı planlarını həyata keçirməyə çalışırlar.
Fransa cəmiyyətinin Azərbaycana qarşı ədalətsiz mövqeyi, separatizmi dəstəkləməsi bumeranq effekti verə bilər. Kipr böyüklükdə olan Korsika uzun müddətdir Fransadan ayrılmağa çalışır. Qondarma sarsaxın tanınacağı şəraitdə Korsikada da azadlıq dalğası güclənə bilər. Dilləri belə dövlət dili olmayan Korsikalıların etirazları son ildə daha da şiddətlənib. Etirazlar zamanı bir çox dövlət idarələri yandırılıb, aşırı şiddət göstərilib. Fransa hökuməti Senatın separatizmi dəstəkləməsini də məhz bu üzdən inkar edir və separatizmin Fransada genişlənə biləcəyindən ehtiyat edir.