“Azərbaycan mövcud enerji böhranı şəraitində Avropa üçün enerji tərəfdaşı qismində çox vacib rol oynayacaq. Təkcə Bolqarıstan deyil, həm də bütün Avropa Azərbaycanla gələcək enerji əməkdaşlığına bel bağlayır”, – deyə o bildirib.
P.Stoyanovun sözlərinə görə, Prezident İlham Əliyevin oktyabrın əvvəlində Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə salınması ilə əlaqədar Bolqarıstana səfəri böyük və vacib hadisə idi.
“İGB ölkəmiz üçün çox vacib layihədir və Bolqarıstanda hər kəs bunu başa düşür. Bizim Azərbaycanla çox gözəl tarixi tərəfdaşlığımız mövcuddur və biz bir-birimizə hörmətlə yanaşırıq. Azərbaycan və Bolqarıstanın əməkdaşlıq üçün vədedici gələcəyi var”, - o deyib. (Trend.az)