Vaxt.Az

8 nəfərin qatilinə 6 il həbs?


 

180-dən çox yəhudi məzarı nasist simvolları ilə təhqir edilib

8 nəfərin qatilinə 6 il həbs? İllər uzunudur ki, qarayaxma, azərbaycanafobiya, türkofobiya siyasətini əsas prioriteti elan edən Fransa son iki ildə ikinci bədnam qətnaməsi ilə gündəmə gəlib. Bu ölkənin bütün dövlət strukturları, o cümlədən Senat, Milli Assambleya, ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi fəaliyyət nümayiş etdirir.

Faktlara müraciət edək. 2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci il ilə müqayisədə 27 faiz, müsəlmanlara qarşı hərəkətlərin 54 faiz artdığını, xristianlara qarşı hərəkətlərin sabit, lakin ən yüksək səviyyədə qaldığını etiraf edib. Həmçinin o, əsasən təhdid xarakteri daşıyan irqçi və ksenofob hərəkətlərin 2018-2019-cu illər ərzində iki dəfədən çox artaraq 496-dan 1142-yə yüksəldiyini bildirib.

2019-cu ilin fevral ayında Fransada yəhudi qəbiristanında təxminən 80 məzara boya ilə svastika və digər nasist simvolları çəkilib, antisemit şüarlar yazılıb. Ümumiyyətlə, 2019-cu ildə Fransanın şərqində yerləşən yəhudi qəbiristanlarında 180-dən çox məzar nasist simvolları ilə təhqir edilib. Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdluların və əcnəbi terrorçu döyüşçülərin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə dair təkzibedilməz faktlar mövcud olsa da, Fransa hüquq mühafizə orqanları onları istintaqa cəlb etməməklə himayə edir.

1983-cü ilin iyulun 15-də Parisin Orli hava limanında Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə həbs edilmiş və terror aktını törətdiyini boynuna almış ASALA terror təşkilatının üzvü, erməni mənşəli Varujan Karapetyan 8 nəfərin həlak olmasına və 61 nəfərin yaralanmasına səbəb olmaqla ömürlük həbs cəzasına məhkum edilsə də, 2001-ci ildə həbsxanadan azad edilib. 1981-ci il sentyabrın 24-də Türkiyənin Parisdəki Səfirliyinə hücum təşkil edən ASALA terror təşkilatının üzvü Monte Melkonyan Türkiyə tərəfinin təkidləri nəticəsində həbs edilsə də, az sonra azad edilib. Orli hava limanındakı partlayışda iştirakı təsdiqlənən M. Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılıb və o, 1989-cu ildə azadlığa buraxılıb.

 





17.11.2022    çap et  çap et