Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbilə dayandırılan taxıl ixracının bərpasına imkan vermək məqsədilə Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə olunan ilkin sövdələşmənin müddətinin başa çatmasındam bir neçə gün öncəyə təsadüf edib.
BMT-nin baş katibi Antonio Quterreş sövdələşmənin müddətinin uzadılmasını alqışlayıb və bəyanatında bildirib ki, BMT “bu mühüm təchizat xəttinin asanlıqla fəaliyyət göstərməsini təmin etməyə sadiqdir”.
O əlavə edib ki, BMT həmçinin Rusiyadan ərzaq və gübrə ixracını təmin edən razılıqla əlaqədar əngəlləri də aradan qaldırmağa sadiqdir.
“Üç ay öncə İstanbulda imzalanan hər iki razılıq ərzaq və gübrə qiymətlərini aşağı salmaq və qlobal ərzaq böhranının qarşısını almaq üçün mühümdür”, – Quterreş deyib.
Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter”də sövədələşmənin müddətinin uzadıldığını açıqlayaraq bildirib ki, Ukrayna, Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ərzaq böhranına qarşı qlobal mübarizədə mühüm qərar veriblər”.
Qara Dəniz Taxıl təşəbbüsü 11 milyon ton Ukrayna taxılının ixracına imkan yaradıb ki, onun üçdə ikisi inkişaf etməkdə olan ölkələrə göndərilib.
***
Ukrayna rəsmiləri cümə axşamı ölkənin bir neçə hissəsinə raket zərbələrinin endirildiyini bildirib. Hədəflər arasında qaz obyektləri var.
Xarici işlər naziri Dmitri Kuleba cümə axşamı “Twitter”də bildirib ki, Rusiya “Ukraynaya növbəti kütləvi raket hücumu” etdiyi bir vaxt o, ABŞ Dövlət katibi Antoni Blinken ilə telefonla danışıb.
Kuleba Birləşmiş Ştatlara hərbi yardıma görə təşəkkür etdiyini və hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını sürətləndirməyin vacibliyini vurğuladığını deyib.
O, Ukrayna qüvvələrinin bu ayın əvvəlində istifadə etməyə başladıqlatrı Qabaqcıl Yer-Hava tipli Raket Sisteminin uğurlarını qeyd edib. O həmçinin Ukraynaya daha qabaqcıl ABŞ-ın Patriot hava hücumundan müdafiə sisteminin verilməsinin vaxtının çatdığına inandığını deyib.