Yerüstü nüvə sınağı zamanı nüvə başlıqları 70 kiloton ekvivalentində olub ki, bu ekvivalent ABŞ-ın Yaponiya şəhərlərinin hər ikisinə atdığının ümumi çəkisindən 4 dəfə çoxdur.
Yerüstü nüvə sınağı təbiətə ziyan vurmaqla yanaşı, səhrada yaşayan çox saylı bədəvi qəbilələri, heyvan növləri , regionun ekoloji sistemini flora və faunanın müxtəlifliyini yerli-dibli yox edib.
Yeraltı nüvə sınaqları isə onsuz da su problemi olan Afrika qitəsinin qismən su rezervləri mövcud olan Şimal hissəsinin yeraltı rezervlərini zəhərlədi və qurutdu.
Saxaranın ərazisinin hər il qitənin şimal hissəsinə, əvvəllər münbit hesab olunan ərazilərə qədər genişlənməsinin səbəbi də məhz bu nüvə sınaqlarıdır.