Vaxt.Az

“Yox artıq!” dedirtdi


 

Əli Kərimli Fransaya görə Bakını ittiham edir

“Yox artıq!” dedirtdi Hər vəchlə hakimiyyət hərisliyini ifraz etməklə məşğul olan Əli Kərimli və onun həndəvərindəki bir qrup sapı özümüzdən olanlar sanki oturub gecə-gündüz əllərini Qərbə açaraq Azərbaycana qarşı qərar qəbul etmələri, bəyanat səsləndirmələri üçün dua edirlər. Bunu elə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamədən sonrakı mənzərə də belə deyir.

Baxmayaraq ki, Fransa Azərbaycana qarşı çox qərəzli, qatı ermənipərəst, radikal mövqe sərgiləyərək Azərbaycanın ərazi bütövlüyünə qarşı çox böyük təhdid olacaq qərar qəbul etmələri ilə diqqət mərkəzinə düşdülər, amma "Milli Şura-AXCP" tandemi Fransa ilə bağlı nəinki ortaya bir mövqe qoymadı, üstəlik bu qərar, Qətnaməyə görə liderlərindən biri elə Azərbaycanı ittiham etdi.

Belə ki, Fransanın sözügedən qətnamədə qondarma "Artsax Respublikası"nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırışı, eyni zamanda Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edildiyi halda Əli Kərimli bütün bunların üstündən keçərək yenə hakimiyyəti, yenə dövləti hədəf aldı.

O Əli Kərimli ki, onun maliyyə mənbəyinin haradan gəldiyi, onun kimin şorbasına turş demədiyi, hakimiyyət-kreslo hərisliyinin təxminən 30 il əvvəl yarımçıq qalan planlarını tamamlamağa görə olduğu hər kəsə bəllidir.

Xalq sənə bu haqqı, hüququ vermədiyini axı az qala hər gün, hər saat öz əməli ilə isbatlayır, cənab Kərimli!

Bu gün sən Azərbaycan xalqının öz Ali Baş Komandanı ilə birgə döyüş bölgəsində həm Ermənistanın terrorçu hərbi birləşməsi ilə, həm ermənilərə hər cür dəstək verən İran fars-molla rejimi ilə, həm də Fransa və Qərbin erməni lobbisinin təsir dairəsində olan bır sıra ölkələri və içərimizdəki XAİN, SATQIN 5-ci kolonun nümayəndələri ilə, xüsusən radikal düşərgəyə rəhbərlik edən "başqanlar" ilə savaş apardığını da görmürsən, cənab Kərimli?

"Fransa ilə münasibətlərin bu həddə gərginləşməsinə görə İlham Əliyev hakimiyyətinin də məsuliyyəti var", - deyən Əli Kərimlinin bu çıxışı zamanı bütün diqqəti dövlət başçısının üzərinə yönəltməsi, məsuliyyəti buna görə ona yükləmək cəhdi çox uğursuz və onun adına növbəti utancverici seçimdir. Bəllidir, Kərimli və onun kimi 5-ci kolonun digər ünsürləri iki gün əvvəl Fransa Senatının Azərbaycana qarşı bu qərəzli addımını şərh etmək, Fransaya meydan oxumaq kimi səlahiyyətləri yoxdur. Çünki onların bu cür səlahiyyəti artıq neçə illərdir oradakı erməni lobbisinin pulları hesabına alınıb, özününküləşdirilib. Heç olmasa iki gün sonra "xalq mənə nə deyər" düşüncəsi ilə Senatın bu iyrənc, Azərbaycanın sabitliyinə təhdid olan qətnaməsinə fərqli prizmadan yanaşardın.

Yox e ..., lap mən də unutdum! Axı sənin obyektivlik hissin, dövlətçilik meyarın Qərbin maliyyəsi, ayırdığı qrantlarla ölçülür. Heç olmasa susmağı seçərdin, lal olardın. Ən azı niyə belə etdiyin barədə deməyə bir-iki kəlmə üzünü ağ edəcək söz tapacaqdın sonra.

Amma bilmirsənsə, mən deyim sən də qulaq as: Azərbaycan o Azərbaycandır ki, İlham Əliyevin rəhbərliyi altında heç vaxt olmadığı qədər böyüdü, inkişaf etdi, gücləndi və öz ayaqları üstündə durdu. Sizin vaxtı ilə düşmənə pay etdiyiniz əraziləri məhz Əliyev Ordusunun və xalqının vəhdəti, birliyi sayəsində 44 günə 30 illik işğala son qoydu. Azərbaycan ilk dəfə təxminən 200 il sonra itirilən ərazilərini özünə qaytarmağa müəssər oldu.

İndi də Azərbaycan başı dik, "super güc" ABŞ-ın belə uzun illərdir min cür sanksiyalarla biləyini bükə bilmədiyi İranla açıq döyüşə girib. Digər yandan ermənipərəst Fransaya regiona burnunu soxmamaq, Azərbaycanın haqqına gorməmək üçün həm diplomatik, həm də iqtisadi iradə nümayiş etdirir. Və Rusiya kimi hazırda bütün dünya ilə savaşan şimal qonşumuza Azərbaycanın da regionla bağlı maraqlarını, istəklərini mütləq nəzərə almaq məcburiyyətində qoyub. Bunu Azərbaycan dövləti ona görə edir ki, bir də soydaşlarının, bu xalqın, bu millətin haqqını kimsə yeməsin, onun olanı ondan heç kim almasın, Azərbaycan daha böyük, daha güclü olsun.

Heç olmasa Güneydə soydaşlarımıza, Qərbdə radikal erməni qruplarının vaxtaşırı hücumlarına məruz qalan Azərbaycan nümayəndələrinə qarşı illərdir edilənləri siz etməyin. Çünki dəsti-xətt eynidir, məqsəd və məram ortadadır. Amma bilin ki, Azərbaycan xalqının, dövlətinin və ordusunun bu birliyi hələ çox yuxunuzu qarışdıracaq.

 





17.11.2022    çap et  çap et