Vaxt.Az

Zəlzələni karikatura edən zehniyyət


 

Yaxud Osmanlının xilas etdiyi Fransada islam və yəhudi düşmənçiliyi

Zəlzələni karikatura edən zehniyyət Fransa Senatının qərarı əslində qanunauyğunluqdur. Tarixən Fransada türklərə və islama qarşı nifrət hissi olub. Fransada yəhudilərə də qarşı dəfələrlə soyqırım törədilib. Düzdür, indi bu barədə danışmaq dəbdə deyil. Ancaq tarixin yaddaşı belə şeyləri unutmur. Məsələn, 1942-ci ilin iyulun 16-17-si Fransa polisi 13 min yəhudini, o cümlədən uşaqları da həbs edərək Auşvitz həbs düşərgəsinə göndərdilər. Orada isə faşistlər yəhudiləri qaz kameralarına doldurub yandırdılar. Jean-Marie Le Pen ifrat sağçı, daha doğrusu faşist Milli Cəbhə partiyasının (Front National) qurucusudur. İndi bu partiyaya onun qızı Marin Le Pen rəhbərlik edir. O, Fransa prezidenti olmaq uğrunda mübarizə aparanda İsrailin tanınmış ziyalıları Fransa yəhudilərinə müraciət edərək dedilər ki, bu xanımın atası yəhudilərə qarşı amansız olduğunu vurğuladı. Heç bir halda özünü yəhudilərə dost kimi sırıyan Milli Cəbhənin namizədinə səs verməyin...

Onu da deyim ki, bu, Fransanın tarixində yeganə yəhudi soyqırımı deyil. Məsələn, 1236-cı ilin iyulunda səlib döyüşçüləri Fransada 2500-3000 yəhudini qılıncdan keçirdi...

Onu da deyim ki, hər 20-25 ildən bir Avropanın bu və ya digər ölkələrində yəhudilərə qarşı kütləvi qırğınlar törədilib. 1492-ci ildə İspaniyada və Portuqaliyada “ya xristian olmaq, ya da öldürülmək” dilemması qarşısında qalan müsəlmanlar kimi yəhudilər də Pireney yarımadasını tərk etmək məcburiyyətində qaldılar. Ərəblər Cəbəllütariqi keçib Şimali Afrikaya üz tutdular. Yəhudilər isə o dövrün ən güclü imperatorluqlarında biri olan Osmanlı İmperiyasına sığındılar. Bu tarixi hadisə 1992-ci ildə 500-cü il dönümündə Türkiyə yəhudiləri tərəfindən dünya miqyasında qeyd edildi...

Fransanın Əlcəzair, Tunis və Mərakeşdə törətdiyi soyqırım da fakt olaraq ortadadır. Fransa təkcə Əlcəzairdə 1.5milyon müsəlmanı qətlə yetirib, özü də ən vəhşi üsullarla. Fransanın digər Afrika ölkələrində törətdiyi vəhşilikləri isə saymaqla qurtarmaq olmaz...

Yuxarıda qeyd etdiyim kimi, türklərə və müsəlmanlara nifrət hissi fransızların qanındadır. Bu nifrət hissi tarixdən onlara miras qalıb. İndi vəziyyət belədir ki, Fransa daha müsəlmanların kütləvi qətlini təşkil edə bilmir. Dünya və zəmanə xeyli dəyişib. Ancaq Fransanın içində olan və vulkan kimi püskürməyə hazır olan o nifrət hissi yerli mediada aydın şəkildə görünür...

Nəql edəcəyim hadisələrin çoxuna sizlər də şahid olmuşunuz. Sadəcə, xatırlatmağı lazım bildim. Bir jurnalın timsalında Fransanın içində islama olan kin-küdurətə nəzər salacağıq. Əslində isə bütün Fransa mediası islama nifrət hissini ayna kimi özündə əks etdirir...

“Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbəri təhqir edən karikatura vermişdi. Fransa Prezidenti Emmanuel Makron isə İslam dəyərlərini təhqir edən karikaturaları “söz azadlığı”nın bariz nümunəsi kimi dəyərləndirmişdi. Bütün İslam Dünyası Fransaya qarşı qalxdı. O vaxt, yəni 2020-ci ilin elə bu vaxtları Makron karikaturalarla bağlı onun açıqlamalarının yanlış şərh edildiyini, ortada bir anlaşılmazlığın olduğunu iddia etdi. “Əl-Cəzirə”yə verdiyi müsahibədə onunla bağlı anlaşılmazlıqları aradan qaldırmaq istədiyini bildirdi və beynəlxalq aləmdə Fransaya qarşı sərt reaksiyalardan yayınmağa çalışdı.

Daha əvvəl- 2015-ci ilin 7 yanvar tarixində saat 11:00 radələrində “Charlie Hebdo” dərgisinin Paris şəhərində yerləşən baş ofisinə naməlum 2 silahlı şəxsin etdiyi silahlı basqın zamanı dərginin 12 nəfər əməkdaşı qətlə yetirilmişdi. O hücum da Məhəmməd peyğəmbərin karikaturası ilə bağlı idi.

Hücumdan bir gün sonra normalda 60 min tirajla çıxan jurnal 3 milyon nüsxə ilə çap olundu. Daha sonra isə tiraj 5 milyona qaldırıldı. Fransa dövləti jurnala dəstək olaraq 1 milyon avro verdi...

Bu məsələ ilə bağlı islam ölkələrində irimiqyaslı nümayişlər oldu. Qorznı şəhərində 1 milyon çeçen etiraz aksiyasına qatıldı...

Britaniyada fəaliyyət göstərən “Islamic Human Rights Commission” təşkilatı ilin islamafobu mükafatını “Charlie Hebdo” jurnalına verdi...

2020-ci ildə bu jurnal Tayyib Ərdoğanın karikaturasın yayımladı. Türkiyə ilə Fransa arasında münasibətlər gərginləşdi. Bu kimi əməllərinə görə bir neçə müsəlman ölkəsi, o cümlədən Türkiyə, Küveyt və Qatar fransız mallarından imtina etdi...

“Charlie Hebdo” növbəti həyasızlığı isə bütün dünyanı heyrətdə qoydu. 2020-ci ilin 25 sentyabrında jurnal Məhəmməd peyğəmbərlə bağlı karikaturaları təkrar çap etdi. Buna görə iki nəfər bıçaqlandı.

O vaxt Fransanın daxili işlər naziri olan Gerald Darmanin baş verənlərə görə islam fundamentalizminə söykənən terrorizm kimi dəyərləndirdi. Makron yenidən jurnalın müdafiəsinə qalxdı. İslam Dünyasında Fransa yenidən lənətləndi. Bəzi Avropa ölkələri Fransa ilə həmrəylik nümayiş etdirdi...

Müsəlmanlarla jurnal arasında problem hələ 2007-ci ildə yaranmışdı. O vaxt Parisdəki ən böyük məscidin rəhbərliyi Məhəmməd peyğəmbərin karikaturasını verdiyinə görə məhkəməyə müraciət etmişdi. Karikaturada Məhəmməd peyğəmbər çalmasının içində bomba yerləşdirilmiş şəkildə təsvir edilmişdi. Təbii ki, Fransa məhkəməsi jurnala bəraət qazandırdı...

“Charlie Hebdo” yarandığı gündən ta 2015-ci ilə qədər maliyyə problemi ilə üzləşmişdi. Jurnal 2014-cü ilin sonunda 100.000 avro borca düşdü.  Vəziyyətdən çıxmaq üçün oxuculardan ianə istədi. 2015-ci il hücumundan sonra jurnala beynəlxalq diqqətin artması nəşri yenidən canlandırdı və fərdlərdən, korporasiyalardan və qurumlardan təxminən 4 milyon avro ianə, həmçinin 2015-ci ilin yanvar və oktyabr ayları arasında abunə və qəzet köşklərindən 15 milyon avro gəlir əldə etdi. Jurnalın təsdiq etdiyi rəqəmlərə görə, o, 2015-ci ildə 60 milyon avrodan çox qazanc əldə edib, 2016-cı ildə bu məbləğ 19,4 milyon avroya düşdü...

Bu jurnal 2021-ci ildə kraliça II Elizabeti də təhqir edən karikatura yayımlayıb. İtaliyadakı zəlzələ ilə bağlı italyanları qəzəbləndirən karikatura da verib. Rusiya ilə də bu jurnalın problemləri olub...

Əslində Fransa müsəlmanlara və türklərə minnətdar olmalıdır. Osmanlı sultanı Süleyman Qanuni (1520-1566) Fransanı məhv olmaqdan xilas etdi. Sultanla Fransa kralı I Fransisk (1515 -1547) arasında 1536-cı ildə bağlanmış müqavilə Fransanı qonşu ölkələrin əsarətindən xilas etdi. Düşünün ki, I Fransisk əsir götürmüşdü...

O, rəqibi olan V Karlın öncə Burqundiya və İspaniya, ardından Müqəddəs Roma imperiyasının taxtına əyləşməsi ilə Fransa Habsburq imperiyasının mühasirəsinə düşdü. Bu mübarizədə İngiltərə kralı VIII Henri ilə ittifaq qurmaq istəsə də, onun bu cəhdi uğursuz alındı. Ardından xristian dünyasının etirazlarını dinləməyən I Fransisk Osmanlı sultanı Sultan Süleymanla müttəfiq oldu və uzun illər davam edən Osmanlı-Fransa ittifaqının təməlini atdı. Bu münasibətlərdən dolayı Parisdə-Sarbon yaxınlığında (La Sorbonne) kollecdə (Collège de France) ərəb dilinin tədrisinə başlandı...

Təəssüf ki, Fransa belə şeyləri çoxdan unudub. Ancaq tarix fransızlar qədər etibarsız deyil...

 





17.11.2022    çap et  çap et