Vaxt.Az

ABŞ-ın bünövrəsi ...


 

Amerikasayağı yumor, fəlsəfi praqmatizm və söz azadlığı

ABŞ-ın bünövrəsi ... Benjamin Franklin ABŞ-ın bünövrəsini üç anlayış üzərində inşa edirdi: Amerikasayağı yumor, fəlsəfi praqmatizm və söz azadlığı.

Hər üç anlayış alt şüurla əlaqəsi olmayan şüurlu bir yaradıcılıqdır. Şüur alt şüurdan ötürülən ibtidai emosiyaları bu üç anlayışla tormozlayır. 

Şüur – Aktiv yaddaşımızı mühafizə edir, iradəmizi yaradır və gücləndirir, məlumat toplayır, yeni şeylər öyrənir, təcrübələrimizi saf-çürük edir, mühakimə edir, məntiqə əsaslanır, yumoru yaradır və anlayır, müqayisə etmək bacarığı var, keçmiş, indiki və gələcək zamanları ayırd edə bilir.

Alt şüur – Passiv yaddaşımızdır, heç bir analiz etmək bacarığı yoxdur, spontandır, iradəmizə tabe deyil, bir neçə işə eyni anda reaksiya verir, instinktivdir, yumor hissi yoxdur, nəyin yaxşı, nəyin pis olduğunu qanmır. Tez bazardır, vərdişlərimizin xeyrini, ziyanını araşdırmadan özündə depolayır, keçmişi ağına-bozuna baxmadan xərcləyir. Gələcək haqqında heç bir fikri yoxdur, eqoistdir, cırtqozdur, gecə-gündüz çalışır, eşşəkarısı kimi “zəhmətkeş”dir, emosionaldır, məntiqdən zəhləsi gedir. Yuxu alt şüurdakı həyatdır. İnsan yatanda şüurun yerini alt şüur zəbt edir.

Elə cəmiyyət də yatanda eynisi baş verir.

 





18.11.2022    çap et  çap et