Vaxt.Az

Nensi “nənə” ...


 

Pelosi bu dəfə başqalarını göz yaşına qərq etdi – nəvələrini sevinc, erməniləri hüzn

Nensi “nənə” ... ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi son günlər yaman məyus görünür. Dünənki açıqlamasında bu ağbirçək siyasətçi bildirdi ki, daha Demokratların lideri olmaq istəmir. Bu bəyanatı noyabrın 17-də Konqresdəki iclasda verən N.Pelosi hələ indi ayılıb ki, sən demə, o çoxdan qocalıbmış və öz yerini cavan kadrlara verməliymiş.

Pelosi elə bu cür də deyib: “Mənim üçün yeni nəslin dərin hörmət etdiyim demokratik fraksiyaya rəhbərlik etməsinə şərait yaratmağın vaxtı çatıb”.

Konqresdəki vəzifəsindən indiyə qədər dördəlli yapışan bu qadının əslində imkanı olsaydı bundan sonra da hələ bir müddət yeni nəslə böyük siyasət meydanına gəlməyə imkan verməzdi. Lakin Respublikaçılar Partiyasının nümayəndələri Konqresdə üstünlük qazandıqlarına görə bu Pelosi qarı istəməsə də belə Nümayəndələr Palatasının sədri postundan və Demokratlar Partiyasının fraksiya rəhbərliyindən rədd olub getməyə məcburdur. 

Amma bununla belə, bu qadının siyasətdən tam şəkildə çəkilmək fikri yoxdur. 

Deyib ki, hələ siyasətdən tamamilə getmir, bir konqresmen kimi seçicilərinin maraqları naminə işləməyə davam etmək niyyətindədir.

Pelosinin ən sensasiyalı fikri isə heç bilirsiniz nə olub? 

Deyib ki, “heç düşünməzdim ki, günün birində evdar qadından siyasətçiyə çevriləcəm və Nümayəndələr Palatasının spikeri olacağam”. 

Son seçkilərin nəticələri isə Pelosiyə yenidən evdar qadınlıq vəzifəsinə geri qayıtmağa şans yaratdı. Getsin yeməyini bişirsin, nəvələri varsa onlara vaxt ayırsın. 

Daha yazıq ermənilərin çilik-çilik olmuş ümidləri ilə oynamasın.

P.S. Bu yaxınlarda İrəvana gəlişi və anti-Azərbaycan çıxışı ilə erməniləri sevindirən Pelosi də belə getdi. Ermənilərin sevincinin ömrü çox sürmədi.

 





18.11.2022    çap et  çap et