Vaxt.Az

Bu gün tezdir, sabah gec


 

Xalqlar həbsxanası – etniklər dil və mədəniyyətlərinin boğulması dəhşətini yaşayır

Bu gün tezdir, sabah gec İran adlanan məmləkətdə olaylar necə axışacaq, hələlik tam aydın demək çətindir. Molla rejimi öz tarixində görmədiyi bir etiraz dalğasına bürünüb. Hələ ki sonu görünmür. Amma yüksələn xətt üzrə getdiyi mübahisəsizdir.

Keçmiş SSRİ kimi İran da adi insan haqqlarının pozulduğu, totalitar, korrupsioner, böyük reformaların zəruri olduğu ölkədir. İran həm də SSRİ kimi, amma ondan daha qəddar bir imperiyadır, xalqlar həbsxanasıdır. 

Türklərlə yanaşı kürdlər, ərəblər, bəluclar, giləklər, talışlar və başqa etnik icmalar kimliklərinin sərt zorlanması, dil və mədəniyyətlərinin boğulması dəhşətini yaşayırlar. SSRİ belə qəddar deyildi.

Beləliklə, İranda yüksələn hər bir etirazın nüvəsində bir etnik qatqı da var və bu qaçılmazdır. İndiki etirazlarda da bu tezliklə özünü aydın göstərəcək. Kürd və bəluc bölgələrində fəallıq daha çoxdur.

Bəlli şəraitdə ən çoxsaylı etnik qrup olan azərbaycanlıların da etnik şüarlarla kütləvi ayağa qalxacağı labüddür. Bizli-bizsiz bu baş verəcək.

Quzey Azərbaycan buna tam hazır olmalıdır.

Məqsəd İranda hər hansı separatizmi dəstəkləmək, İranı parçalamaq deyil, orada yaşayan soydaşlarımızın siyasi və mədəni haqlarının tam və effektiv təmin olunmasını dəstəkləmək olmalıdır. 

Azərbaycan dilinə dövlət dili statusu verilməsi, tam özünüidarə hüququ və konfedarativ birlik. 

Sonrasını gələcək və soydaşlarımızın öz seçimi həll edər.

Əsas odur ki, soydaşlarımız özlərinə arxa saydıqları Azərbaycandan yetərli dəstək ala bilsinlər. 

Azərbaycan ayağa qalxmış soydaşlarının əzilməsinin qarşısını almağa hazır olmalıdır. Proseslərin dinc məcrada, itkisiz getməsini təmin etməyə çalışmalıdır. Diplomatik və informasiya dəstəyi verməlidir. 

Güneylilərdən ibarət beyin mərkəzləri, düşüncə ocaqları,  yaranmasını təşviq etməli və effektiv işləyişini təmin etməlidir.

Onları təşkilatlanması, informasiya təminatı üçün gərəkənləri etməlidir. Azərbaycannın bəzi TV və radiolarının, özəlliklə Güneylilərin öz resurslarının Güneydə daha geniş ərazidə yayıla bilməsi üçün bütün texniki imkanları səfərbər etməlidir.

Həm Güneydə yayılmaq, həm də dünyaboyu xəbərləri çatdıra bilən effektiv resursların yaranmasına bütün maliyyə və təşkilati dəstək verilməlidir.

Soydaşlarımıza qarşı böyük təhlükə yaranacağı halda onları qorumaq üçün Türkiyə ilə birlikdə hərbi müdaxiləyə də hazır olmalıdır.

 





18.11.2022    çap et  çap et