Vaxt.Az

Qorxma, əsgər, bütün Rusiya ...


 

Rusiya çarı I Pyotru Osmanlı əsirliyindən kim xilas edib?

Qorxma, əsgər, bütün Rusiya ... Bu gün hansı rusdan soruşsan I Pyotr onlar üçün ən böyük tarixi şəxsdir. Kitablarında, əsərlərində, filmlərində Pyotr xilaskar və qurucu kimi təqdim edilir. Amma çoxları bilmir ki, bir günlük Türk əsirliyində olan Pyotr öz arvadının sayəsində xilas olub, məğlubiyyət sülhünə imza atır.

1710-cu il noyabrın 20-də Osmanlı dövləti Rusiyaya müharibə elan etdi. 1711-ci il iyunun 30-da rus qoşunları Moldovaya daxil oldu, Dnestri keçib Pruta çıxdı. 135 minlik türk qoşunu 30 minlik rus qoşununu tamamilə mühasirəyə aldı. Yeniçərilərin hücumu ilə döyüş başlandı və üç saat davam etdi. Türklər 8900, ruslar 4800 nəfər itki verdi. Prut yürüşü zamanı rusların ümumi itkisi 27.185 nəfər olmuşdu. Gecə döyüşlərinin birində yeniçərilərin hücumu nəticəsində Rusların “məğlubedilməz” çarları Pyotr türklərə əsir düşür. Onun əsir düşməsi ilə döyüşlər dayanır və Osmanlı ordusuna başçılıq edən Baltaçı Mehmed Paşanın hüzuruna gətirirlər. Vəzir çox ağır şərtlər irəli sürüb rusları geri çəkilməsi barədə tələblər irəli sürür. Türklərə əsir düşən Rus çarı Pyotr diplomat Pyotr Şafirova məktub göndərərək yazır: “İstənilən şərtlərə razı olun, amma məni qul və əsir olmağıma razı olmayın” Krım xanının və XII Karlın israrlarına baxmayaraq, Baltaçı Mehmed Paşa sülh bağlamaqla kifayətlənir(1711-ci il, avqust ayında). Baltaçı Mehmed Paşanın nəyə görə sülhə razılaşdığı hələ də tam bəlli deyil. Bəzi mənbələrə görə böyük pul alır, bəzi mənbələrə görə böyük sərvət dəyərində qiymətli əşyalar alır. Bir versiya da (bunu rus müəllifləri yazır) Baltaçı Mehmed Paşa Pyotrun arvadı Birinci Yekaterinanın gözəlliyinin təsiri altına düşür. Sülh müqaviləsindən sonra orduda Yekaterinanın Mehmed Paşanı intim əlaqəyə girərək sülhə razı saldığı barədə şayiələr gəzməyə başladı.

Həmin döyüşləri təsvir edən fransız La Motreuille yazır “Kraliça... heç kəsi görmək istəməyən vəzirin çadırına daxil oldu, qadın gözəlliyinin təsirindən istifadə edərək, vəzirin razılığını almaq üçün danışıqlara başladı, bir müddət sonra çadırdan çıxan Çariça sülh bağlamaq səlahiyyətinin Şafriova verilməsini bilirdi”.

Türk mediasında bu hadisə ilə bağlı belə yazı rastıma çıxdı “Vəziyyətin çıxılmazlığını görən Yekaterina Baltaçı Mehmed Paşanın çadırına gəlir. Saatlarca orada qalır. Arada gözətçi yeniçəri gəlir və deyir ki, paşam, paşam Rusiya bizə hücuma başladı. Paşa deyir: “Qorxma əsgər, bütün Rusiya mənim yatağımdadır”…

Mənbələr yazır ki, Vəzirlə görüşün səhəri, iyulun 9-da Yekaterina orduda şura topladı və orada o və ya Şafirov danışıqlara başlamaq təklifi ilə çıxış etdi və şura türklərə sülh təklif etmək, Şeremetyevin adından məktub yazmaq və danışıqları Şafirova həvalə etmək qərarına gəldi, bundan sonra Yekaterina generalları və Şafirovu bu qərarı təsdiqləmək üçün Pyotrun çadırına göndərdilər. Nəticədə Osmanlı ordusu döyüşü davam etdirmədi, etdirsə idi paytaxta qədər gəlib çıxacaq və Rusiya dövlətinin mövcudluğuna son qoyacaq idi. Məhz Pyotr arvadı Yekatirinanın sayəsində Osmanlılardan xilas olub geri çəkildi, Osmanlılar da sülh imzaladılar. Sonradan I Pyotr kraliçanın Prutdakı davranışını yüksək qiymətləndirdi: 1714-cü ildə kral yalnız qadınlara verilə bilən Böyükəzabkeş Yekaterina ordenini təsis etdi. Pyotr öz ayıbını gizlətmək üçün bu ordenin təsis edilməsini belə şərh verirdi “Əlahəzrət (Yekaterina Alekseyevnanın) Prut yaxınlığında türklərlə döyüşdə qalması xatirəsinə verilib, burada belə təhlükəli bir vaxtda arvad kimi deyil, kişi kimi hər kəsə görünürdü”.

Prut səfərində (1711) məğlub olan I Pyotr bu ərazilərdə Osmanlı dövləti ilə toqquşmadan çəkinib diqqətini Xəzər dənizi sahillərinə yönəltdi və Səfəvi dövlətinin böhranlı vəziyyətindən faydalanaraq Qafqaza hakim olmaq uğrunda mübarizəyə girişdi. 1722-1723-cü illərdə Xəzəryanı bölgələr Rusiya tərəfindən işğal edildi.

 





18.11.2022    çap et  çap et