Bu ev Xomeyninin ev muzeyi statusunda idi.
Sosial mediada yerləşdirilən görüntülərə əsasən, İranın Qərbi Mərkəzi əyalətində Xomeyn şəhərində yerləşən ev muzeyi etirazçılar tərəfindən yandırılır. Görüntülərin həqiqiliyi AFP xəbər agentliyi tərəfindən yoxlanılıb və təsdiqlənib.
Aksiya iştirakçıları bina yanarkən İran rejimi əleyhinə şüarlar səsləndiriblər.
Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir.
Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib.
Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.