Vaxt.Az

Vettelin doğma trası


 

Verstappen problemini həll edir

Vettelin doğma trası Maks Verstappen əvvəllər vahid dövrədə zəif idi, amma get-gedə o problemi də həll edir. Ardıcıl üçüncü dəfə Əbu Dabidə poul aldı. Həm də 20-ci poulunu qazandı.

“Mercedes” sıralanma turunda zəif göründü, amma sabah yəqin ki, yarışda “Ferrari”ni keçəcək. Amma geridə qalmaq onlar üçün pisdir. Bəlkə “Ferrari”dən öndə olsalar, sabah qələbə üçün mübarizə aparardılar. 

Sabahın ən maraqlı mübarizəsi isə Lekler və Perez arasında olacaq. Perez burada çox avantajlı görünür, çünki yarış tempində “Red Bull” “Ferrari”dən çox öndədir. 

Digər tərəfdə “Aston Martin” və “Alfa Romeo” mübarizəsi var. “Aston Martin”ə 5 xal lazımdır. Yəni yarışı 7-cı yerdə bitirmək və “Alfa Romeo” sürücülərinin xalsız qalmasını gözləmək. Çətin görünsə də, mümkünsüz deyil. Vettel bacarar. Nəticədə bu tras onun üçün çox doğmadır. Burada keçirilən ilk yarışı (2009) qazanmışdı, burada ilk titulunu (2010) qazanmışdı, burada ardıcıl 8-ci qələbəsini qazanaraq (2013) rekord qırmışdı. İndi son rəqsini eləməlidir. 

Digər tərəfdə isə MakLaren-Alpine mübarizəsi var. Amma inanmıram MakLaren 19 xallıq fərqi bağlasın. 

Bir də Alonso və Okon arasında bir mübarizə var. Görək Alonso rəqibindən 5 xal çox toplayacaq?

 





19.11.2022    çap et  çap et