“22 may 1992-ci il. Moskva. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla sərhəddə yerləşən Laçın şəhəri ətrafında və Naxçıvanda yeni insan tələfatına, döyüş əməliyyatlarının genişlənməsinə gətirib çıxaran, bütün bölgədə əlavə gərginliyə səbəb olan son hadisələrlə bağlı dərin təəssüfünü və ciddi narahatlığını bildirir. Heç bir təsadüfi vəziyyət bir dövlətə digərinin ərazisini zəbt etmək hüququ vermir. Heç kim Rusiyanın bu cür qanunsuz hərəkətlərə dəstək verəcəyinə ümid edə bilməz...”
Dağlıq Qarabağ kimə məxsusdur? Laçın şəhəri, yaxud Naxçıvan haradadır? İşğalçılıq əməllərini törədən kimdir? Ünvansız bəyanatda bütün bunlar barədə heç nə deyilmir. Şimal qonşumuz 30 il ərzində bizimlə belə mübhəmlik, qeyri-müəyyənlik oyununu oynadı.
Amma Vardanyan adlı bir pivə çəlləyini çox aydın "proqramla" üstümüzə dığırlada bilirlər.
Bir məsələ var ki, “The Game is Over!” – Oyun bitib!
Ən azı bitmək üzrədir...