XİN rəhbəri Ceyms Kleverli İrandan danışarkən Tehranın Moskva ilə gizli silahlar ötürməsi ilə yanaşı İranın atom silahı yaratmağa çox yaxın olduğunu nəzərdə tutur.
İndiki durumda Rusiyanın İranın atom silahına yiyələnməsində maraqlı olduğu az şübhə doğurur.
İran Rusiyanın dərd qardaşı, silah yardımçısı və dünyaya açılan əsas nəfəsliklərdən biridir.
ABŞ rəsmiləri də Rusiyanın İrandakı azadlıq hərəkatını boğmaq üçün yardım etməyə hazırlaşdığından xəbərdar olduqlarını deyiblər. Son günlər xəbər yayılır ki, Rusiya OMON və iğtişaşları yatırmaq üzrə qüvvələrini İran hökumətinə yardım üçün yollayır. Yeri gəlmişkən biri iğtişaşların astanasında, digəri içində olan bu iki dövlət dünyada, xüsusən bölgədə hərc-mərclik yaratmaqdan doymurlar.