Vaxt.Az

Nağıllar ölkəsi ...


 

İranda hər şey qəfildən, kəskin, ağılasığmaz formada və qəribəliklərlə təzahür edir

Nağıllar ölkəsi ... Ölkəmizin güneyindəki teokratik, klerikal molla rejiminin hazırkı durumunu tam ifadə edən mənzərənin əksi... Dil açıb çox şeylər danışan bir foto.

Bütün 1400 illik son tarix boyunca ruzigarın gözü belə bir mənzərə görməyib, heç bir bəşər övladı bunun bənzərinə rast gəlməyib, şəkli, çizimi belə yoxdur, kimsə təsəvvür belə edə bilməzdi... Çünki ağılasığmaz, gümanagəlməz bir mənzərədir, təzahürdür...

Bu, məncə artıq geriyə dönüşü olmayan nöqtənin o yanıdır. Bundan sonra çətin bir də hər şey əvvəlki kimi ola. 

İran, nağıllar, masallar ölkəsidir. Orada hər şey nağıllardakı kimi qəfildən, ən kəskin şəkildə, ağılasığmaz formada, qəribəlikləri bərabərində gətirməklə təzahür edər. 

 Axundov deyirdi, “din Zöhrə ulduzundan asılı olsaydı, farslar onu oradan da alardılar”. Deyirdi, ərəblər qədər nağıl uydurmağı bacaran, iranlılar kimi də nağıla inanmağı sevən ikinci bir tayfa yoxdur. 

 İranlılara bəzən yazığım da gəlir. Bədbəxt camaatdırlar. Yazıq, xəstə, dərin psixozlu, yekə maniyalı, başından yekə işlərə baş qoşub sonra da başında turp əkilən, sonu tragik bitən komik taleli, gülməli hallara düşən, ağız əyən, böz kəlləyə çıxaran aqibətlərlə üzləşən bir tayfadır bu pers uşaqları farslar. Nə qəribə şeylər desən bunlardan çıxar və bunlarda çıxar.

Budur, 44 ildir tarixin minillik gerisindən bəhs edən nağıl qəhrəmanlarınına bənzər əmmaməli-çalmalı, əbalı-qəbalı məşədiləri gətirib keçiriblər yuxarı başa, öz ixtiyarlarını və boyunlarını keçirdikləri ilgəyin ucunu da veriblər bu maskarad personajlarının əlinə.

Molla dövləti ey... Ey fələk, səndən nələr çıxar ey çərxi-gərdun...

Təsəvvür edirsinizmi fəlakətin şəklini, miqyasını? Tanrı bu günə düşməkdən qorusun bizi və eləcə də hər kəsi. Ağır dərddir. Bunların bu gününə baxıb nə vaxtsa yaşanmış taleyə, başagəlınlərə, o nəhs tarixə şükür eləməyi gəlir adamın... 

Mollaların idarə etdiyi, külli-ixtiyar sahibi olduqları ölkə, rejim.. Bundan pis nə ola bilər, bir xalqın başına bundan daha dəhşətli hansı fəlakət gələ bilər? Mollanın əlinin üstündə əlin olmamaqlığı, hüququn, qanunun itməkliyi, ağılın, məntiqin Məhəmmədhəsən əminin eşşəyi kimi, “Heydərxan körpüsü”nə sal daşımağa aparılmaqlığı... 

Eksperiment elədilər... Öz insan, xalq, cəmiyyət, kültür, dövlət ömürlərindən 44 illik bir təcrübə ilə özü özlərinə və bütün dünyaya sübut etdilər: ki, bu cür insan yaşamaz, İNSAN bu cür yaşaya bilməz, canı boğazına yığılar, dindən, imandan olar, canından bezər...  

Bir əsrin az qala yarısı qədər basqı, din, molla, şəriət diktaturası altında əzilən xalq, haqqı-hüququ əlindən alınmış insanlar, xüsusən də “çanağın”başlarında çatladığı qadınlar.., və bu da son gəlinən durum...

İranda, məscid minbərində çadrasız, sərbəst əyləşmiş, baxıb gülümsəyən bir qadın...

 





19.11.2022    çap et  çap et