Vaxt.Az

Neymarın vergisi ...


 

... Və Saldananın aqibəti

Neymarın vergisi ... Braziliyada keçirilən sorğu göstərir ki, dünya çempionatı əhalinin 51 faizini maraqlandırmır. Söhbət az qala futbolla nəfəs alan, komandaları uduzanda tribunada ölən xalqdan gedir.

Səbəblərdən biri də indi artıq seçkini uduzmuş, keçmiş sağçı prezident Jair Bolsonaronun futboldan siyasi alət kimi istifadə etməsi olub. İş o yerə çatmışdı ki, Neymar “ilk qolumu Bolsonaroya həsr edəcəm” deyibmiş.

Bolosonaro uduzandan sonra, Neymar sözlərini danmağa başlayıb.

Seçkini udmuş Lula (Luiz İnacio Lula da Silva) isə deyir ki, “Neymar məni ona görə məni sevmir ki, xeyli vergi borcu var. Bolsonaro ona güzəşt edirdi. Bilir ki, mən gələn kimi borcları alacam”.

Braziliyada futbol həmişə siyasətlə iç-içə olub. Pelenin diktaturanı dəstəkləməsindən tutmuş, Sokratesin diktaturaya qarşı mübarizəsinə qədər.

Maraqlı bir hadisəni bölüşək. Bir gün hökumətdən bir nəfər gəlir millinin baş məşqçisi Saldinhonun yanına ki, prezident General Medici (Emilio Garrastazu Medici) Dada Maravilhanı millinin tərkibində görmək istəyir. Saldinho imtina edir. 

Dövlət televiziyası Juan Saldanaya bu barədə sual verəndə qayıdır ki, “mən onun nazirlərini təyin etmirəm, o da mənim əvəzimə oyunçuları təyin etməsin”. 

1970-ci ildə Meksika Dünya Çempionatına iki həftə qalmış Saldananı vəzifəsindən azad edirlər.

 





19.11.2022    çap et  çap et