Putinin təyyarəsində Ermənistana girişi qadağan edilmiş Zatulin var. Bu hərəkət, Ermənistan ali rəhbərliyinin təhqir edilməsidir. Rusiya, Zatulin də daxil olmaqla, Azərbaycana girişi qadağan edilmiş heç bir rus siyasətçini bu tərzdə Azərbaycana soxmağa cəhd etməmişdi. Bu, çox şeydən xəbər verir.
Əgər Zatulin doğrudan da İrəvanın “Zvatnots” havalimanına ensə, bu, bütün qırmızı xətlərin keçilməsi sayılacaq. Putinlə bir yerdə gəlmiş adamı geri qaytarmağın mexanizmi də yoxdur, çünki Zvartnotsda pasport nəzarətinə rus sərhədçilər baxır.
Subyekt olmadın, günün qaradır.