Vaxt.Az

Bir eranın sonu ...


 

4 qat gənc çempion və 9 ardıcıl qələbə rekordunu kimsə təkrarlaya biləsin ...

Bir eranın sonu ... Belə, “Formula-1”də daha bir mövsümü yekinlaşdırdıq. Nəinki, mövsümün, hətta bir eranın sonuna gəlirik. Dörd dəfə çempion olmuş Vettel “Formula-1”dən gedir.

Az şey deyil. Sebastyan Vettel 4 titul qazandı və hamısında ən gənc statusu onda idi. Ən gənc çempion, ən gənc 2, 3, 4 qat çempion. Bu rekordu Verstappen təkrarlaya bilərdi, amma bacarmadı. Bundan sonra da uzun illər, bəlkə də heç vaxt bacarmayacaqlar. Vettel ardıcıl 9 yarış qazandı. O rekordu çox güclü maşınlarla nə Hamilton təkrarlaya bildi, nə də Verstappen… Nə də zamanında Mixael Şumaxer bacarmışdı. Nə də o vaxtlar 3-4 saniyə üstün maşınla yarışan Senna. Yəni bu sıradan bir pilotun gedişi deyil. 73 illik tarixi olan idman növünün bir parçasının gedişidir. Buna görə də, bugünkü Abu Dabi yarışı xüsusi olacaq. Onu son dəfə izləyəcəyik. Bəlkə, bir gün qayıdar, amma indiki zəifləmiş halı belə Peletonun yarısından qat-qat üstündür. Bu gün hamımız onun podiuma çıxmasını arzulayacayıq.

Digər tərəfdə isə Daniel Rikkardo var. 2020-ci ildə kimsə desəydi ki, o 2022-ci ildə sıralanma turunda komanda yoldaşına 20-2 uduzub idmandan gedəcək, gülərdik. Amma olanda olur. O da qayıdacaq. 

Ancaq adamı ən çox məyus edən Latifinin gedişidir. O cür pilot necə gedə bilər axı. Lekler, Verstappen, Sainz və Rassell kimi pilotlar qalır, amma Latifi gedir. Bu idmanın ədalətsizliyidir.

 





20.11.2022    çap et  çap et