Vaxt.Az

Fars-molla rejimi quduzlaşıb


 

Həbs olunan Təbrizli və Ərdəbillilərin sayı durmadan artır

Fars-molla rejimi quduzlaşıb İranda etirazlar və küçə yürüşləri səngimir. Əgər etirazların ilk günlərində bu dinc etirazlar idisə, sonrakı günlərdə yanğınların və silahlı toqquşmaların sayı artıb.

Polis insan öldürərkən, polis və SEPAH zabitlərinin öldürülməsi halları da artıb. Demək bir qrup etirazçı da silahlanıb. İslam inqilabının mənəvi atası Xomeyninin evini yandırmaq sıradan hadisə deyil. Tehran rejimi üçün Məhsa Əmininin ölümündən əvvələ qayıtmaq çətin olacaq, hakimiyyət islahatlara da getməyəcək, çünki bu sonun başlanğıcı olacaq. Ancaq mülki insanları, qadın və uşaqları öldürmək həmin sonu daha tez yaxınlaşdıra bilər.

***

Təbrizdə, Ərdəbildə də digər şəhərlərdə həbs olunan güneyli gənclərin sayı durmadan artır. İranda nəinki küçə yürüşlərində iştiraka görə həbs edirlər, öldürülən etirazçının yas mərasimində iştirak təhlükəlidir, “belə olmaz” deyənlərə işgəncə verilir. Çoxuna milli fəal deyirik. Halbuki, tələbləri sadə olanlar da var. Həbs olunan gənclərin fotolarına baxdıqda onların azad yaşamaq istəkləri hiss olunur, nəyi necə geyinməyi özləri müəyyənləşdirmək istəyirlər. Gənclər mövcud qadağalarla razılaşmayacaqlar.

 





20.11.2022    çap et  çap et