Vaxt.Az

Nazirlərin telefon söhbəti


 

Hər iki rəsmi səfirlik açılması qərarından məmnundur

Nazirlərin telefon söhbəti Noyabrın 20-də İsrailin müdafiə naziri Benyamin Qans Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın  perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb. 

Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.

 





20.11.2022    çap et  çap et