Vaxt.Az

İkibaşlı cümlə ...


 

Vilayəti yuxuda nə gördü ki, ayılanda Azərbaycanlı olduğunu xatırladı ...

İkibaşlı cümlə ... İranın keçmiş xarici işlər naziri, dini liderin müşaviri Əli Əkbər Vilayəti geniş məqalə yayımlayıb. Özünü mənşəcə azərbaycanlı adlandıran Vilayəti İranın heç zaman Azərbaycanı ələ keçirmək kimi planı olmadığını yazıb. Azərbaycan xalqının İran tarixində mühüm rolunu vurğulayan Vilayət Şah İsmayıl Xətainin qəhrəmanlıqlarını xatırladıb. “Hər bir iranlı azərbaycanlı, hər bir azərbaycanlı da iranlıdır” kimi ikibaşlı cümlə işlədən Vilayəti dini amilin birləşdirici rol oynadığını vurğulayıb.

Vilayəti bununla demək istəyib ki, İranda yaşayan əsas etnik qrupları din və məzhəb birləşdirir. Halbuki, İranda fərqli dinlərə və məzhəblərə bağlı etnik qruplar da var, sadəcə Vilayətinin hazırkı məqaləsi azərbaycanlıların könlünü almaq məqsədi daşıdığından şiəlik ön plana salınıb. Vilayətinin xidmətində olduğu rejim üçün nə din, nə də məzhəb əsasdır, əks halda Azərbaycan torpaqlarının işğalına uzun onilliklər dözümsüz yanaşar, məscidlərin dağıdılmasına görə Ermənistanı küncə sıxışdırardılar. Bunların heç biri olmadı. Vilayəti keçmiş illərdə nə azərbaycanlı olduğunu deyər, nə azərbaycanlıların, o cümlədən Şah İsmayıl Xətainin rolundan ağız dolusu danışardı, sadəcə quyruqları qapı arxasında qaldığından belə bir məqaləyə ehtiyac duyublar. Belə məqalələrlə bizi aldatmaq mümkün deyil, qonşumuzun xislətinə bələdik.

 





20.11.2022    çap et  çap et