Bu qələbələr Millətlər Liqası və yoxlama oyunlarında qazanılıb. Yoxlama matçları olsa belə, millinin oyununda müsbətə doğru dəyişiklik sezilir. Gələcək görüşlərdə əsas olan bu dinamikanı artırmaqdır. Çünki bunlar mikrouğurlardır və aldadıcı olmamalı, futbolçularda eyforiya yaratmamalıdır. Unutmayaq ki, seçmə mərhələdə rəqiblərin də, oyunları da səviyyəsi daha yüksək olacaq. İstənilən halda bu ardıcıl qələbələr Azərbaycan milliisində daxili ab-havanı yaxşıya doğru dəyişə, mediada, azarkeşlərdə yenidən inam yarada bilər.
Yeri gəlmişkən, bu gün 3 qolun hamısını (Elvin Cəfərquliyev, Musa Qurbanlı və Ramiı Şeydayev) öz oyunçularımız vurdu. Musa ilə Elvin isə sırf Azərbaycan futbolunun yetirmələridir və bu, onların əsas millidə ilk qolları idi.