Qardaş Türkiyə Silahlı Qüvvələrinin bu gün sübh çağı eyni vaxtda həm İraqın, həm də Suriyanın şimalında keçirdiyi “Pəncə-Qılınc” xüsusi antiterror əməliyyatı nəticəsində 89 hədəf və çoxlu sayda terrorçu məhv edilib.
Türkiyə Milli Müdafiə Nazirliyi məlumatında bildirilir ki, birinci mərhələdə terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları və təlim düşərgələrindən ibarət ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib, çoxlu sayda PKK-YPG terrorçuları zərərsizləşdirilib.
Əməliyyat uğurla davam edir.
Bu əməliyyat hər zaman türkə qarşı düşmənçiliyi ilə seçilən Yunanıstanın da canına vəlvələ salıb. Belə ki, Türkiyənin bombardmançı təyyarələrinin hava-zərbə əməliyyatına dair gəlişmələr, xəbərlər az qala anbaan yunan mediası tərəfindən izlənilib və geniş işıqlandırılıb.
Həmçinin İsraildən tutmuş İngiltərəyə qədər bir çox dost ölkələrin mətbuatı da bu gün “Pəncə-Qılınc” əməliyyatı barədə xəbərləri manşetlərə çıxarıb.
Günün birində şanlı Azərbaycan Ordusu da Xankəndidə separatçı tör-töküntülərinə, erməni terrorçularına qarşı bu cür uğurlu əməliyyata imza ata bilər.
Odur ki, bütün separatçılar və terrorçular vaxt var ikən Xankəndini tərk edib, Ermənistana və gəldikləri xarici ölkələrə rədd olsunlar!