Vaxt.Az

Fars-molla rejimində çatlar


 

Hakimiyyətin acizliyi fikir ayrılıqlarına səbəb olub

Fars-molla rejimində çatlar Etirazların davam etməsi və hakimiyyət orqanlarının onun qarşısının alınmasında acizliyi fikir ayrılıqlarının yaranmasına səbəb olub. Bildirilir ki, son günlər İranın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə iki gizli və fövqəladə əhəmiyyətli görüşlər keçirilib.

Bu görüşlər Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin istefaya getməsi və bu şura tərəfindən bunun təkzibi ilə bağlı şayiələrin yayılmasına səbəb olub.

Şamxaninin istefası ilə bağlı şayiənin kökündə onun Ali Milli Təhlükəsizlik Şurasında olması ilə bağlı ordu başçıları və ölkə rəsmiləri arasında geniş fikir ayrılıqları dayanır.

Radikal mühafizəkarlar, o cümlədən İran rəhbəri Əli Xameneyiyə yaxın Həmid Rəsayi və Hüseyn Şəriətmədari Əli Şəmxaninin etirazların yatırılmasında zəiflik göstərdiyini iddia edir.

Onların təmsil etdiyi mühafizəkar qrup etirazçılara qarşı daha sərt tədbirlərin görülməsini təklif edirlər.

Təhlilçilərin fikrincə ölkədə nümayişlərin davam etməsi və genişlənməsi İran hakimiyyətinin üst qatları, ordu və SEPAH arasında çatların əmələ gəlməsinə səbəb olub.

Onlara görə, etirazlar davam etsə hakimiyyət daxilindəki fikir ayrılıqları ciddi qarşıdurmalarla nəticələnə bilər.

 





19.11.2022    çap et  çap et