Vaxt.Az

2 gündə 3 polkovnik ...


 

Kirmanşahda SEPAH zabiti öldürülüb

2 gündə 3 polkovnik ... Dünən (noyabrın 18-i) axşam saatlarında İranın Kirmanşah əyalətinin Səhnə şəhərində İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsinin başçısı polkovnik Nadir Beyrami öldürülüb.

Səhnə şəhərinin fərmandarı Cahanbəxş Zəngənətəbar mediaya verdiyi açıqlamada polkovnikin soyuq silahla öldürüldüyünü deyib.

Onun sözlərinə görə, qətli törədənlər həbs edilərək aidiyyəti qurumlara təhvil veriliblər.

Qeyd edək ki, noyabrın 17-də Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərində polis polkovniki Hüseyn Yusifi,  İsfahanda polis qüvvələrinin xüsusi bölməsinin polkovniki İsmayıl Çırağı də öldürülüb.

 





19.11.2022    çap et  çap et