Vaxt.Az

İran-Rusiya arasında saziş


 

Tehran-Moskva əməkdaşlığı dərinləşir; müştərək PUA istehsalına başlanılır

İran-Rusiya arasında saziş Moskva və Tehran arasında Rusiyanın Ukraynada müharibədə istifadə məqsədilə İran istehsalı olan dronlar istehsal etməsinə dair saziş imzalanıb.

“The Washington Post” qəzeti üç ABŞ rəsmisi ilə müsahibələrə istinadən noyabrın 19-da sazişin bu ayın əvvəlində İranda keçirilən görüş zamanı yekunlaşdırıldığını və hazırda Tehranın Rusiyaya istehsala başlamaq üçün “dizaynlar və əsas komponentləri” təhvil verdiyini yazıb.

Əgər razılaşma reallaşsa, bu, Moskvanın Ukraynada ləng hərbi kampaniyasına artıq mühüm dəstək göstərən Rusiya-İran müttəfiqliyinin daha da dərinləşməsi demək olacaq.

Hər iki tərəf yaxın aylarda istehsala başlamaq istiqamətində iş aparır. Rusiya öz konveyer xətti və istehsal gücünü əldə etsə, son həftələrdə Rusiyanın hərbi kampaniyasına ciddi şəkildə təsir göstərən ucuz, lakin dağıdıcı dronlar ehtiyatını xeyli artıra bilər.

Rusiya Ukraynanın hərbi və mülki infrastrukturuna qarşı İran istehsalı olan yüzlərlə kamikadze dronları və hərbi drondan istifadə edib.

Moskvanın İran istehsalı olan kamikadze dronlarından istifadə etdiyini təkzib etməsinə baxmayaraq, Tehran Rusiyanın Ukraynaya fevral ayında müdaxiləsindən əvvəl imzalandığı dediyi müqavilə əsasında dronları tədarük etdiyini etiraf edib.

ABŞ bu yaxınlarda İranın dronlarının istehsalı və ya Rusiyaya tədarükü ilə məşğul olmaqda ittiham etdiyi şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Noyabrın 15-də ABŞ Maliyyə Nazirliyi “Shahed” Aviasiya Sənayesi Tədqiqat Mərkəzini Rusiya qüvvələrinin Ukraynada istifadə etdiyi “Şahed” kamikadze dronlarının dizaynı və istehsalına görə məsuliyyət daşımaqda ittiham edərək sanksiyalar tətbiq etdiyini bildirib.

ABŞ kəşfiyyatının təxminlərinə görə, Rusiya tezliklə İranın kamikadze dronları və öz qanadlı və ballistik raketləri ilə yanaşı, öz arsenalını İranın qısa mənzilli “Fateh-110” və “Zolfaqar” qısamənzilli ballistik raketləri ilə doldura biləcək.

 





20.11.2022    çap et  çap et