İndi Vilayəti durub siz Azərisiniz (Azərbaycanlısınız), Farsa qardaşsınız, hətta elə özümüzsünüz, deyir. Hətta iranpərəstlər bir az da irəli gedərək müşavirin əslən Ərdəbilli olması yalanı uydurur. Yox elə bir şey! Bu, bir zamanlar məqaləsində Turan da bizimdir, “köçəri Farsların məskənidir” deyən adamdır.
Bu adamın xain iddialarla dolu və yanlış tərcümə edilən yazısını düzgün oxumaq lazımdır. “Amandır, Azərbaycan ayağa qalxmasın”, demək istəyir bu adam. 100 ildir aşağılanan Güney Azərbaycan türkləri isə “Yetər artıq, Azərbaycan İran deyil!”, – deyir. (Vaxt.az)