• “MLRS MARS II” üçün döyüş sursatı;
• 3 ədəd “M1070 Oshkosh” ağır yarımqoşqu (əvvəl 5 ədəd vermişdi);
• Sərhəd xidməti üçün 17 ədəd avtonəqliyyat vasitəsi (cəmi 39);
• 1 yükləyici (cəmi 4);
• M2 ağır pulemyot üçün ehtiyat hissələri;
• zirehli bərpa maşınları üçün 24 MG3 (cəmi 30);
• 10 dron əleyhinə sensorlar (cəmi 28); • Dronlardan qorunmaq üçün elektron cihazlar üçün 20 xüsusi qurğu;
• 116 sahə qızdırıcısı.
Hazırkı Rusiya-Ukrayna müharibəsinin gedişatı demək olar ki, əsasən, hərbi texnika döyüşünə keçib. Müasir dövr hərbi texnikası insanı kənar qoyur, insan qarşıdurmasına az ehtiyac yaradır.
Hərbi texnikada isə, Qərblə Rusiyanın arasında bu nisbətdir hal hazırda: Qərb-NATO illik hərbi büdcəsi 1 trilyon 500 milyard, Rusiyanın cəmisi 55 milyard dollardır. Tək ABŞ hərbi büdcəsi 800 milyarddır, Rusiyadan 16 dəfə çox. Ümumiyyətlə Qərb hərbi büdcəsi Rusiyadan 30 dəfə böyükdür!
Yəni, Rusiya hərbi büdcəsi Qərb hərbi büdcəsi, imkanının cəmi 4 faizini təşkil edir. Və bu gedişlə Rusiya tab gətirə bilərmi? Qərbinsə bu savaşdakı taktikası bu idi – Rusiyanı üzüb, tükəndirib, çökdürmək. Rusiya bu çətin yarışa qoşulmaqla səhv etdi, özü də hiss etmədən Ukrayna müharibəsi adı altında faktiki Qərblə döyüşür. (Vaxt.az)