Vaxt.Az

Tokayev qalibdir


 

Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb

Tokayev qalibdir Qasım-Comərd Tokayev ötən gün keçirilən növbədənkənar prezident seçkilərində 81,31 faiz səslə qalib gəlib. Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini elan edib. Nəticələrə əsasən, Tokayev qələbə qazanıb.

Qeyd edək ki, ötən bazar günü Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib. Prezidentlik uğrunda 6 namizəd mübarizə aparıb. 

Namizədlərdən Jiquli Dayrabayev 3,42 faiz (271 641 səs), Meyram Kacıken - 2,53 faiz (200 907 səs), Karakat Abden - 2,6 faiz (206 206 səs), Səltənət Dursunbəyova - 2,12 faiz (168 732 səs), Nurlan isə 2,17 faiz səs toplayıb.  

Seçki günü ümumilikdə 10 101 seçki məntəqəsi açıq olub. 19,6 milyon nəfər ölkə əhalisinin, 11,95 milyonu səsvermə siyahılarına daxil edilib.

 





21.11.2022    çap et  çap et