“Düşmənlər sistemə zərər vermək gücünə malik deyillər”, – deyə Əli Xameneyi tərəfdarlarını rejim dəyişikliyi olmayacağına inandıqmağa çalışıb.
O, etirazçıların cəzalandırılacağı barədə yenidən təhdid edici fikirlər səsləndirib və yaxın vaxtlarda onların qarşısının tamamilə alınacağını söyləyib.
İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xamenei qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb: “Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək”.