Nazir daha sonra qeyd edir ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3 faiz artaraq 3.082,0 milyon manat təşkil edib. Qeyri neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur.
***
M.Cabbarov digər tvitində 2022-ci ilin yanvar-oktyabr aylarının nəticələrindən məlumatlardan bəhs edib. Nazirin yazdığına görə, bir çox makroiqtisadi göstəricilərdə artım müşahidə olunur. Xüsusilə, qeyri neft-qaz sektorunda investisiyaların həcmində və nəqliyyat daşımalarında yüksək dinamika var.