Vaxt.Az

...Biz də vurduq”


 

Ərdoğan: “Ruslar sazişə əməl etmədi, ...

...Biz də vurduq” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təkcə bu cümləsi ilə hazırkı Rusiya dövlətinin və onun liderinin nə qədər etibarsız, güvənsiz olduğunu çox dəqiqliklə ifadə edib.

Rusiya ilə bağlanmış istənilən müqavilənin su üzərində yazılmış yazıdan başqa bir şey olmadığını Ərdoğan bu cümlə ilə tam isbatlayıb. Ancaq Türkiyə lideri bu ifadəni söyləməklə də kifayətlənməyib. Belə ki, Ərdoğan kimi, haranı və niyə vurduqlarını da açıqlayıb.

Sitat: “Ruslarla 2019-cu ildə Soçidə əldə etdiyimiz razılaşmamız var. Onlar bölgədəki terrorçuları təmizləməli idilər. Lakin dəfələrlə xatırlatmağımıza baxmayaraq, bunu etmədilər. Biz də bunlara qarşı səssiz qalmayacağımızı, oradakı terrorçulara qarşı addım atacağımızı söylədik. Dünən də Kobanidəki 12 hədəfi vurmaqla terrorçuları zərərsizləşdirdik. Havadan və qurudan nə lazımdırsa, etdik. Bundan sonra da edəcəyik”.

Ərdoğanın bu açıqlamasında söhbət noyabrın 19-dan 20-nə keçən gecə Türkiyə Ordusunun Şimali İraq və Suriyanın şimalında “Pəncə-Qılınc” kod adı altında PKK və YPG terrorçularına qarşı keçirdiyi hava-zərbə əməliyyatından gedir. Əməliyyat zamanı Kobaniyə də zərbələr endirilib. Hansı ki, Kobani terrorçuların əsas mərkəzlərindən biri sayılır və Rusiya onlara havadarlıq edir.

Putin bölgənin terrorçulardan təmizlənəcəyi barədə Ərdoğana dəfələrlə söz versə də, lakin bu və ya digər bəhanələrlə vədinə əməl etməkdən yayınırdı.

Bu da nəticəsi.

Ərdoğanın səbri tükəndi və 1-2 saat ərzində davam edən sürətli antiterror əməliyyatı nəticəsində 80-dən çox baza, onlarla terrorçu məhv edildi.

İndi Putin Kremldəki iş otağında və yaxud, sevimli bunkerində hirsindən dilini-dodağını çeynəyirsə bunun günahı onun özündədir.  Çünki anlaşmaya əməl etməyib, sözünü tutmayıb.

Yeri gəlmişkən, Putin bu cür davranışa öyrəncəlidir. Onun 2020-ci il 10 noyabrda İlham Əliyev və Nikol Paşinyanla imzaladığı üçtərəfli razılaşmaya görə, Rusiya sülhməramlıları Xankəndini və ətraf məntəqələrimizi də erməni separatçılarından, terrorçularından təmizləməliydi.

Lakin Rusiya iki ildir ki, bu öhdəliyinə əməl etmir. Əksinə, Rusiya sülhməramlıları Xankəndidəki ermənilər üçün ginekoloqluqdan tutmuş yol çəkməyə, qoyun sürülərinə nəzarət etməyə qədər ağıla sığan və sığmayan hər işlə məşğul olurlar. 

Odur ki, günün birində Azərbaycan da özü Xankəndini terrorçulardan təmizləyəcək.

 





21.11.2022    çap et  çap et