“Türkiyənin mümkün tədarük qovşağı kimi seçilməsinə gəlincə, bunu niyə edirik aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”, – Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.
Putinin sözlərinə görə, Avropadan fərqli olaraq, Rusiyanın Türkiyə tərəfi ilə işləməsi daha asandır, çünki prezident Rəcəb Tayyib Ərdoğan “sözünün ağasıdır”.
“Və əgər biz hansısa bir məsələdə razılaşsaq, hərçənd razılaşmaq çətin ola bilər, amma razılaşsaq, onu yerinə yetirməyə çalışırıq”, – Putin deyib.
Onun sözlərinə görə, Türkiyə qaz qovşağı kifayət qədər tez həyata keçirilə bilən real layihədir.
“Buna heç bir şübhə yoxdur... Əminəm ki, müqavilələr imzalanacaq. Və sonda biz Avropa ölkələrindən dünyanın digər regionlarına çatdırılma üçün tranzit kimi istifadə edə bilərik. Amma mən şübhə etmirəm ki, Avropada da bunu istəyənlər çox olacaq”, – Putin vurğulayıb.
O, əlavə edib ki, Rusiya “bu qış nə olacağını” sonradan görəcək.
Oktyabrın ortalarında Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyədə qaz qovşağının yaradılması məsələsini işləyib hazırlamağı tapşırdılar ki, bu qovşağın vasitəsilə Rusiya qaz tranzitini Şimal axınından Qara dənizə keçirə bilsin. Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər.