İnfeksionist bildirib ki, xüsusilə yoluxma saylarında qeyri-stabilliyə təsir edən amillərdən biri payız fəslinin, yəni sentyabrın sonlarından dekabrın sonlarına qədər kəskin respirator infeksiyaların çox aktivləşdiyi dönəmin olmasıdır: “Həmin aktivləşmə gündəlik yoluxma göstəricilərinə də təsir edir. Çünki immun sisteminin zəifləməsi fonunda yanaşı, infeksiyalar da inkişaf edə bilər”.
Rusiyada aşkarlanan ştamlardan danışan N.Əliyev hazırda ölkəmizdə bununla əlaqədar ciddi bir təhlükənin olmadığını, o cümlədən həmin variantların respublika ərazisində qeydə alınmadığını da diqqətə çatdırıb: “Elə olarsa, biz bunu gündəlik yoluxma saylarındakı ciddi artımla müşahidə edəcəyik”.