Vaxt.Az

Makronu kim(lər) dayandırıb?


 

Fransanın Azərbaycana qarşı növbəti təxribatının qarşısını alınıb

Makronu kim(lər) dayandırıb? Noyabrın 19-20-də Tunisin Cerba adasında keçirilən “La Francophonie” (OİF) sammitində Emmanuel Makronun rəhbərliyi altında anti-Azərbaycan bəyanatının qəbulunda ciddi problem yaranıb. İlham Əliyev YAP-ın 30 illiyi münasibəti ilə keçirilən bugünkü tədbirdə çıxış edərkən bildirib ki, sammitə qatılan Azərbaycana dost olan ölkələr buna imkan verməyib. Prezident deyib ki, biz o dost ölkələri yaxşı tanıyırıq. Prezident sözügedən bəyanatın qəbulunun qarşısını alan Azərbaycana dost olan ölkələrin adını çəkməyib. Bəyanatdan hansı ifadələrin çıxarılması da sirr olaraq qalır...

“La Francophonie” təşkilatına barmaqarası baxmaq olmaz. 1970-ci ildə yaranan bu təşkilatın 54 üzvü var. Bundan başqa, 26 ölkə bu təşkilata müşahidəçi qismində qatılır. 1 milyard insanı əhatə edən bu təşkilatın əsas şüarı belədir: “Bərabərlik, bir-birini tamamlamaq, həmrəylik”. Təbii ki, bu təşkilatda bərabərlik-filan yoxdur. Bu təşkilat Fransanın diktəsi ilə idarə olunur. Məsələn, 2018-ciildə prezident Makronun tələbi ilə Ruandanın keçmiş xarici işlər naziri Luis Muşikivabo bu təşkilatın sədri seçildi, daha doğrusu təyin olundu. Çoxluğun bu şəxsin əleyhinə olması bir işə yaramadı...

Başqa faktlara diqqət edək: “Fransanın gündəlik “Le Monde” qəzeti yazırdı ki, əgər fundamental azadlıqlara hörmət OİF-ə üzvlük meyarına çevrilərsə, təşkilat sadəcə olaraq fəaliyyətini dayandıracaq”. Qəzet niyə belə deyirdi? Çünki bu təşkilata daxil olan ölkələrin əksəriyyətində insan azadlıqları yox səviyyəsindədir...

“Amnesty International” bu təşkilata üzv olan 54 ölkədən 35-ni insan haqlarını pozmaqda ittiham edib. “Sərhədsiz reportyorlar” isə təşkilata daxil olan 15 ölkənin mütəmadi şəkildə mətbuat azadlığını pozduğunu bildirib...

Maraqlıdır ki, Fransa və fransız dili ilə heç bir əlaqəsi olmayan ölkələr də bu təşkilata üzv olub. Niyə? Müəyyən siyasi maraqları naminə. Əks göstərici də var. Fransızdilli ölkələr sırasında öndə gedən Əlcəzair bu təşkilatın üzvü deyil. Məncə, niyəsi hər kəsə bəlli olmalıdır. Çünki Fransa müstəqillik uğrunda mübarizə aparan Əlcəzairdə 1.5 milyon ərəbi ən vəhşi üsullarla məhv edib...

 





21.11.2022    çap et  çap et