Vaxt.Az

Hacsəfi Qərbdə bomba effekti yaratdı


 

İran futbolçuları molla rejiminin üzünə tüpürdü

Hacsəfi Qərbdə bomba effekti yaratdı Iran milli futbol komandasının 32 yaşlı kapitanı Ehsan Hacsəfi Qətərdə keçirdiyi mətbuat konfransında bildirib ki, onun təmsil etdiyi komanda İranda 2 aydan çoxdur ki, davam edən etiraz aksiyalarında iştirak edən xalqa rəğbət bəsləyir: “Ölkəmizdəki şəraitin yaxşı olmadığını və xalqımızın xoşbəxt yaşamadığını qəbul etməliyik. Biz buradayıq, amma bu o demək deyil ki, onların səsi olmamalı və ya onlara ehtiram göstərməməliyik... Ümid edirəm ki, vəziyyət xalqın istədiyi kimi dəyişəcək və hamı xoşbəxt olacaq”. “France24.com” saytı belə yazır. Ümumiyyətlə, Ehsan Hacsəfinin bəyanatı Qərbdə bomba effekti doğurub...

O da vurğulanır ki, futbolçular İran molla rejiminə etiraz əlaməti olaraq futbol meydançasında İranın dövlət himnini oxumaqdan imtina edib. 

Heç şübhəsiz ki, bu bəyanat İranda da ciddi rezonans doğuracaq və İranda etiraz aksiyalarının kəskin şəkildə genişlənməsinə gətirib çıxaracaq...

Xüsusi qeyd: Ehsan Hacsəfi yarımmüdafiəçisidir. O, 2011-ci ildə Təbrizin “Traktor” komandasında oynayıb. Sonra başqa komandalara dəvət olunub. 2018-2021-ci illərdə yenidən Traktorda oynayıb. Hacsəfi Almaniyanın  “FSV Frankfurt” və Yunansıtanın “Panionios”, “ Olympiacos”, “AEK Athens” komandalarında da çıxış edib. O, 2018-ci ildə keçirilən Dünya Çempionatında da İran millisinin kapitanı olub...

 





21.11.2022    çap et  çap et