Vaxt.Az

28 ildə haradan haraya


 

Yarıhəvəskar ağsaqqallardan gənc peşəkarlara

28 ildə haradan haraya 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında bu ölkənin heyətində yarıhəvəskar “ağsaqqal” futbolçular çıxış edirdi. Üstündən 28 ildən çox keçsə də, əksəriyyəti indi də yadımdadır. Lalas, Meola, Vinalda və başqalarını xatırlayar.

“Sokker” dedikləri futbol o zaman ABŞ-da kütləviləşməmişdi. 

İndi isə ABŞ millisinin DÇ 2022-dəki heyətində olan bəzi futbolçuların təvəllüdü və çıxış etdiyi klublar: 

Yunus Musa 29.11.2002 “Valensiya” 

Jozef Skalli 31.12.2002 “Borussiya” (Mönhenqladbax) 

Covanni Reyna 13.11 2002 “Borussiya” (Dortmund) 

Hesus Fereyra 24.12.2000 “Dallas” 

Brendan Aaronson 22.10.2000 “Lids” 

Sercino Dest 03.11.2000 “Milan” 

Timoti Vea 22.02.2000 “Lill” 

Coşua Sarcent 20.02.2000 “Norviç” 

Tayler Adams 14.02.1999 “Lids” 

Kristian Pulişiç 18.09.1998 “Çelsi”

Ueston Makkenni 28.08.1998 “Yuventus” 

Haci Rayt 27.03.1998 “Antalyaspor” 

Luka De La Torre 23.05. 1998 “Selta” 

Bu komanda dünya çempionatının final mərhələsində futbolun yaradıcıları olan britaniyalılarla oyunda favoritdir.

Bir ölkədə populyar olmayan idman növü görün haradan hara gəlib çıxıb...

Bəlkə onların nümunəsindən öyrənək?

 





22.11.2022    çap et  çap et