Şüarlar belədir: “Qana qan, cana can, ağlayır Azərbaycan”, “Aylar Həqqi, Əsrə Pənahi”. Yazılar türkcə ərəb əlifbası ilə yazılıb. Sosial şəbəkələrdə bu şüarlarla haştaqlar da yaradılıb.
Qeyd edək ki, 15 yaşlı məktəbli Əsra Pənahi Ərdəbildə hökumətinin yürüşünə qatılmaqdan imtina etdiyinə görə təhlükəsizlik qüvvələrinin məktəbə basqın edilərək onu dəyənəklə şiddətlə döyülməsi nəticəsində dünyasını dəyişib. Malkan şəhərindən olan azərbaycanlı tibb tələbəsi Aylar Həqqi isə noyabrın 16-də Təbrizdəki etiraz aksiyaları zamanı terrorçular tərəfindən binadan atılaraq dünyasını dəyişib.