Ketayun Riahi dünyaca məşhur aktrisadır. Bir çox uğurlu rolları var. Amma aktrisanı dünyada tanınması rejissor Fərəcullah Sələhşurun 2008-ci ildə çəkdiyi “Yusif Peyğəmbər” filmindəki Züleyxa rolu ilə olub. Bu obrazı aktrisanın pasportu hesab etmək olar.
Riahi 1962-ci ildə İranın Tehran şəhərində anadan olub. 1985-ci ildən aktrisa kimi fəaliyyət göstərir. 20-dən çox teleseriallarda və filmlərdə rol alıb. 60 yaşlı aktrisa həmçinin Kömək Xeyriyyə Fondunun təsisçisi və baş direktorudur. Mehrafarin Fondunun İrandakı səfiridir.