ABŞ-da gözləniləndən aşağı açıqlanan inflyasiya göstəricilərindən sonra birjalarda FED-in faiz dərəcələrini daha kiçik dərəcələrlə artıracağı qiymətləndirilməyə başlandı. Əsas FED rəsmilərinin də bu istiqamətdə açıqlamaları ilə dollar indeksində eniş tendensiyası sürətləndi. FED üzvləri Bullard və Kaşkarinin verdiyi açıqlamalar isə diqqətləri əks istiqamətə yönəltdi.
Bullard bildirib ki, faiz dərəcələri inflyasiyanın qarşısını alacaq səviyyədə deyil, bu səbəbdən faiz artımları davam etməlidir.
Kaşkari isə inflyasiyanın yüksəlişini dayandırdığına hələ əmin deyillər, ona görə də sərt monetar siyasətdən hələ ki, geri addım atılmamalıdır.
Tək statistik göstərici əsasında qərar vermənin düzgün olmadığını bildirən FED üzvlərinin açıqlamalarından sonra qlobal risk iştahı həftənin əvvəlindəki kimi güclü qala bilmədi. Bu gün əmtəə qiymətlərində dünənki itkidən sonra cüzi artım var. Dollar indeksi 107 bənd səviyyəsinin altında ticarət edilir. Noyabrın 2-də keçirilən “FOMC” iclasından sonra indeks 113 bəndə yüksələrək bu ayın ən yüksək səviyyəsinə çatmışdı. İnflyasiya sonrası satışlarla indeks 105.50 səviyyəsinə geriləyərək son üç ayın qazancını geri qaytardı. Dünən və bu gün 107 ətrafında stabilləşmə müşahidə olunur.