Vaxt.Az

Qızılı silkələyən şayiələr


 

FED-in yumşalmaya gedəcəyi deyilir

Qızılı silkələyən şayiələr Bu gün qızıl bazarında alıcıların üstünlüyü müşahidə olunur. Analitiklər bu canlanmanın Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətdə yumşalmaya gedəcəyi ilə bağlı şayiələrlə əlaqələndirirlər.

Mənzərəyə texniki olaraq nəzər yetirsək görmək olar ki, bu gün qiymət 20 dollar, yəni 1.23 faiz bahalaşıb. Eləcə də son 1 ay ərzində formalaşmış üçbucaq fiquruna da aydın görə bilərik. Bu üçbucağın 1614-1728 dollar aralığından başlayaraq kiçilir və son yaratdığı diapazon 1616-1675 olub.

Görünən odur ki, fundamental fondakı şayiələr reallıqda öz əksini taparsa, bu günün qiymət artımı trendin yaranmasına gətirib çıxara bilər. Bu ehtimal baş tutarsa, qiymət yaratdığı diapazonun maksimumunu yeniləyə və növbəti hədəflərə doğru bahalaşa bilər.

Lakin bu gün FED-in uçot dərəcələrini artıracağını nəzərə alarsaq bu ehtimalın kiçik olduğunu demək olar. Bazar gözlənilən reaksiyanı verərsə, qiymət 1614 dollar minimumunu qıraraq 1560 səviyyəsinə qədər ucuzlaşa bilər.

 





02.11.2022    çap et  çap et