Bütün bunların fonunda Putin tam şəkildə səfərbərliyə ehtiyac olduğuna əmin olduğunu bildirib. İndi onun fikrincə, qismən səfərbərliyin ikinci dalğası heç nəyi həll etməyəcək və bu, “itin quyruğunu hissə-hissə kəsmək” kimi bir şeydir. Prezident fikrini bildirib ki, səfərbərlik zəruridir və yalnız onu necə elan etmək, ən əsası isə qismən səfərbərlik təcrübəsini nəzərə alaraq, onu ən səmərəli və hədsiz şəkildə həyata keçirmək barədə düşünmək lazımdır. Putin 300 mini qadın olmaqla daha 2 milyon insanı çağırmağı “kafi” hesab edir. İclas iştirakçıları çox həvəs göstərmədən prezidenti dəstəkləyiblər. Hərbi blokun rəhbərliyinin nümayəndələri səfərbərliyin 2023-cü ilin yanvarından həyata keçirilməsinin mümkünlüyünü və hazır olduğunu təsdiqləyiblər. Putin Sergey Kiriyenkonun təklif etdiyi ideyanı - səfərbərliyin bir hissəsi olaraq, əksər hallarda ukraynalı soyadı olan insanları çağırmaq ideyasını bölüşüb. Düşüncə budur ki, qoy, ukraynalılar bir-birilərini məhv etsinlər. Müdafiə Nazirliyinin sözçüsü belə bir qərarın “görünməz şəkildə” həyata keçirilməsinin çətin olacağını və ilkin hazırlıqların görülməli olduğunu bildirib.
Daha sonra, qismən səfərbərlik zamanı iğtişaşların yaşandığı Rusiya Federasiyasının problemli subyektləri müzakirə edilib və prezident də daxil olmaqla, iclas iştirakçıları gələcəkdə bu ərazilər üçün “minimal” səfərbərlik planlarını düzgün hesab ediblər. Hərbi vəziyyətə gəlincə, Putin deyib ki, o, bu dəfə özünü “yarımçıq qərarala” məhdudlaşdırmağı yox, səfərbərliklə yanaşı, bütün ölkə ərazisində və ya ən azı Rusiyanın əksər ərazilərində hərbi vəziyyət elan etməyi zəruri hesab edir. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” olduğu halda “xalq müharibəsi” indi Putinlə ətrafı arasında əsas müzakirə mövzusudur. Prezidentin fikrincə, nəticənin qələbə və ya məğlubiyyət olmasından asılı olmayaraq, səfərbər olunanlar arasında çoxlu sayda qurbanlar yalnız Rusiya cəmiyyətini toparlayacaq və mövcud rejimi gücləndirəcək.