Vaxt.Az

Serbiyanı sel basdı


 

Raska bölgəsində fövqəladə vəziyyət elan edildi

Serbiyanı sel basdı Serbiyanın cənubundakı Raska bölgəsində güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan edilib.

İbar çayında suyun səviyyəsinin 66 santimetr qalxdığı və artmaqda davam etdiyi bildirilir.

Ölkənin bəzi bölgələrində daşqınlarla mübarizəyə ordu da cəlb olunub. Hərbçilər çayların sahillərində qum torbalarında sədlər qurub, daşqın təhlükəsi ilə üzləşən insanların evlərdən evakuasiyasına kömək ediblər.

Məlumata görə, Novi Pazar, Priepol, Tutin və Raska şəhərlərində uzun müddət davam edən leysan yağışları səbəbindən çaylar daşıb, yaşayış evlərini, sənaye obyektlərini və küçələri su basıb.

 





22.11.2022    çap et  çap et